Tükiyədə Səadət Partiyası Kocaeli millət vəkili Həsən Bitməz Böyük Millət Məclisində 2024-cü il Büdcə Müzakirələri zamanı kürsüdə çıxış edərkən huşunu itirib.
Azreform.info Türkiyə mediasına istinadla xəbər verir ki, 10 dəqiqəlik ürək masajından sonra onu xilas etmək mümkün olub.
Belə ki, Bitməzə ilk müdaxiləni İYİ Partiyası Balıkəsir Millət vəkili Turhan Çözməz edib. Daha sonra ona TBMM-nin növbətçi həkim qrupu müdaxilə edib.
Ürəyi yenidən işə salınan Bitmez Ankara Şəhər Xəstəxanasına aparılıb.
Günay