Astarada tibb bacısı evində qətlə yetirildi

10
Noy
2023
18:43

Astara rayonun Kakalos kəndində qətl hadisəsi baş verib.

Azreform.info Report-a istinadən xəbər verir ki, təqaüddə olan tibb bacısı Zeynəb Məmmədova evində qətlə yetirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

***

Noyabrın 10-da saat 16 radələrində Astara rayonunun Kakalos kənd sakini, 1946-cı il təvəllüdlü Məmmədova Zeynəb Əziz qızının qətlə yetirilməsi ilə bağlı polisə məlumat daxil olub.

Bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.