AFFA iki komandaya texniki məğlubiyyət verdi

29
May
2024
13:14

AFFA İntizam Komitəsi iki komandaya texniki məğlubiyyət verib.

Azreform.info xəbər verir ki, bu barədə qurumun son iclasında qərar qəbul olunub.

AFFA U-14 Liqasında "Sabah”la səfər matçında təyin edilən vaxtda meydanda olmadığına görə "Masallı" klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.

AHFF-nin birinciliyinin V turunun "Ərkivan” – "Salyan 2018” oyunu təhlükəsizlik xidməti təyin edilmiş vaxtda gəlmədiyi üçün baş tutmayıb. Bu səbəbdən meydan sahibi komanda texniki məğlubiyyətlə cəzalandırılıb.