"Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı futbol çempionatının rekordçusu olub.
Yenisabah.az xəbər verir ki, portuqaliyalı hücumçu bu mövsüm çempionatda vurduğu qolların sayını 35-ə çatdırıb. Bu, turnirdə bir mövsümdə vurulan qol rekordudur. 39 yaşlı futbolçu 11 qol ötürməsidə verib.
Qeyd edək ki, bundan əvvəlki rekord mərakeşli Abderrazak Hamdallaha (2018/2019 mövsümündə vurulan 34 qol) məxsus idi.