Renat Dadaşov "Hatayspor"dan ayrılıb

28
May
2024
17:28

Azərbaycan millisinin və "Hatayspor"un futbolçusu Renat Dadaşov klubundan ayrılıb.

"Report"un məlumatına görə, futbolçu özü bu barədə sosial şəbəkə hesabında yazıb.

"Hər şey üçün təşəkkür edirəm, HATAY!", - deyə o bildirib.

Qeyd edək ki, 25 yaşlı hücumçu 2023-cü ildə "Hatayspor"a keçmişdi.