“Neftçi” klubu baş məşqçisi Miodraq Bojoviç ilə yollarını ayırıb.
“Azreform.info ” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Neftçi” PFK Miodraq Bojoviç ilə olan müqavilənin müddətinin uzadılmaması barədə qərar verib. Klub Miodraq Bojoviçə gələcək karyerasında uğurlar diləyir”, - məlumatda qeyd olunub.