Si Cinpinin avtomobilinin davamlılıq testi viral oldu - VİDEO

11
Dek
2023
18:21

Çin lideri Si Cinpin tərəfindən seçilən elektrik SUV modeli avtomobil sınaqdan keçirilib. 

Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, çinli tədqiqatçılar alov topu ilə dayanıqlıq testi ediblər.

Onlar zərbədən sonra avtomobilin vəziyyətini görəndə heyrətə gəliblər. 

Alov topu nəhəng kranın köməyi ilə avtomobilə tam sürətlə dəydikdən sonra avtomobil kiçik dəliklərdən başqa heç bir zərər görməyib.

Hələ də istifadəyə yararlı olan nəqliyyat vasitəsinin o qədər güclü olması görənləri heyrətə salıb.

Günay