Azərbaycanda dövlət borcuna və öhdəliklərinə xidmət xərcləri azaldılır

24
May
2024
23:07

Azərbaycanın 2024-cü il üzrə dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmət xərclərinin 1 972,6 milyon manatdan 1 295,6 milyon manata endirilməsi nəzərdə tutulub.

Azreform.info bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Beləliklə, dövlət borcuna və öhdəliklərinə xidmət xərcləri 677 milyon manat azaldılır.