Azərbaycanda büdcə kəsiri üzrə proqnoz 800 milyon manata yaxın artırılır

24
May
2024
22:56

Azərbaycanın yenidən baxılma ilə 2024-cü ilin dövlət büdcəsinin kəsirinin 764,3 milyon manat məbləğində böyüdülməklə 3354,3 milyon manata çatdırılması nəzərdə tutulub.

Azreform.info bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, kəsirin artımının 600 milyon manatı daxili borclanmadan cəlb olunan vəsait, 105,9 milyon manatı vahid xəzinə hesabının sərbəst qalığı və 58,4 milyon manatı Məqsədli Büdcə Fondlarının vəsaitlərinin qalığı hesabına təmin ediləcək. Kəsirin cari ilin sonuna gözlənilən ümumi daxili məhsula nisbəti 2,8 faiz olacaq.