U-23 Avropa çempionatı: Azərbaycan güləşçisi qızıl medal qazanıb

24
May
2024
18:56

Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva (57 kq) Bakıda keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

Azreform.info un məlumatına görə, idmançımız həlledici görüşdə Türkiyə təmsilçisi Elvira Kamaloğluna qalib gələrək fəxri kürüsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, bu gün həmçinin digər güləşçilərimizdən Elnurə Məmmədova (53 kq) yarışı gümüş medalla başa vurub.