“Bosch” şirkəti 2025-ci ilin sonuna qədər Almaniyadakı müəssisələrindən 1500 nəfəri işdən çıxaracağını açıqlayıb.
Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, prosesin kadrların başqa şöbələrə köçürülməsi, vaxtından əvvəl təqaüdə çıxma və ya könüllü işdən çıxarılma müqavilələri ilə həyata keçirilməsi nəzərdə tutulur.
“Bosch” tərəfindən edilən açıqlamaya görə, digər şirkətlər kimi “Bosch” da məşğulluq səviyyəsini sifariş vəziyyətinə, avtomobil sənayesindəki struktur dəyişikliklərinə və gələcək texnologiyaların bazara yayılmasına görə tənzimləməlidir.
Almaniyanın aparıcı avtomobil jurnalı “Automobilwoche” “Bosch”da işçilərin ixtisarı üçün işçi nümayəndələri ilə danışıqların hazırda davam etdiyini açıqlayıb.
Şirkət hesab edir ki, avtomobil sənayesindəki transformasiya orta müddətli perspektivdə bütün sənayeyə böyük təsir göstərəcək.
Elektrik mobilliyinə (Elektromobillik) keçid yüksək ilkin investisiyalar tələb etsə də, zəif qlobal iqtisadiyyat, enerji və xammal xərclərinin artması nəticəsində yaranan davamlı inflyasiya və əlverişsiz məzənnə effektləri sektorun gələcək perspektivlərini daha da pisləşdirir.
Günay