"Barselona"nın futbolçusu "Çelsi"yə keçə bilər

24
May
2024
06:35

Uruqvay millisinin və "Barselona"nın futbolçusu Ronald Arauxo İngiltərə təmsilçisi "Çelsi"yə keçə bilər.

Azreform.info xəbər verir ki, London klubu 25 müdafiəçi üçün təklif göndərib.

"Zadəganlar" R.Arauxonu cari mövsümün sonu klubdan ayrılan Tyaqo Silvanın əvəzləyicisi kimi heyətə qatmağı düşünür.

Qeyd edək ki, "Transfermarkt" portalı futbolçunun dəyərini 70 milyon avro qiymətləndirir.