"TikTok"un qadağan olunduğu ÖLKƏLƏR VƏ SƏBƏBLƏRİ

11
Dek
2023
14:07

"TikTok" dünyanın ən populyar sosial media platformalarından biridir. 2023-cü ilə qədər onun 1 milyarddan çox aktiv istifadəçisi var. Sözügedən platformanın istifadəsi bəzi ölkələrdə qadağandır. 

BAKU.WS xarici istinadən xəbər verir ki, bu qadağaların əsas səbəbləri arasında təhlükəsizlik, məxfilik və mənəvi narahatlıqlar var.

Avropa Birliyi

Avropa Komissiyası və Aİ Şurası 23 fevral 2023-cü ildə "TikTok"un istifadəsi ilə bağlı işçilərin telefonlarına müvəqqəti qadağa qoyub. Qərar kibertəhlükəsizliyin gücləndirilməsi məqsədilə qəbul edilib.

Böyük Britaniya

Böyük Britaniya hökuməti 16 mart 2023-cü ildə "TikTok"u bütün dövlət elektron cihazlarına qadağan edib. Hökumət bu qərarı Çin hökumətinin müdaxiləsi və nəzarətindən narahat olduğu üçün verib.

Amerika Birləşmiş Ştatlatları (ABŞ)

ABŞ-ın Montana ştatında "Tiktok"u tamamilə qadağan edən qanun layihəsi qəbul edilib. Nyu-York Bələdiyyəsi "TikTok"un dövlətə məxsus cihazlarda istifadəsini qadağan edib. Qərar verərkən "TikTok"un Çin Kommunist Partiyası üçün məlumat topladığı və bunun milli təhlükəsizliyə təhdid olduğu iddia edilib.
Yeni Zellandiya

Yeni Zelandiya 17 mart 2023-cü ildə "TikTok"un bütün parlament cihazlarında qadağan olunduğunu elan edib. Qadağa hökumətin kibertəhlükəsizlik üzrə ekspertlərinin məsləhəti ilə verilib.

Danimarka

Danimarka 2023-cü ilin mart ayında "TikTok"un iş cihazlarından qadağan edilməsini əmr edib. Ölkənin Müdafiə Nazirliyi qadağanın səbəbi kimi təhlükəsizliklə bağlı narahatlıqları göstərib.

Əfqanıstan

Taliban 2022-ci ilin aprelində Əfqanıstanda "TikTok"a qadağa qoyub. Taliban administrasiyası bu qərarı gəncləri "aldatmaqdan" qorumaq üçün qəbul edib.