İran diplomatı həbs edilib

11
Dek
2023
13:58

İsveç Xarici İşlər Nazirliyi bu ölkənin 33 yaşlı vətəndaşı və Avropa Birliyinin diplomatı Yohan Floderusun İranda casusluq ittihamına görə mühakimə olunmasına etiraz edib.

Bu barədə İsveç XİN-in bəyanatında deyilib.

Bildirilib ki, İran hökumətinin Yohan Floderusa qarşı irəli sürdüyü ittihamlar əsassız və özbaşına hərəkətdir.

Yuhan Flodrus 2022-ci ilin yazında İrana səfər edib. Həmin ilin aprel ayının 17-də ölkəsinə qayıtmaq istədiyi vaxt hava limanında təhlükəsizlik məmurları tərəfindən həbs olunub.

Ona qarşı “İsrailə casusluq” ittihamı irəli sürülüb. Bu ittiham üzrə 9 dekabr 2023-cü ildə məhkəmə başlayıb.