Qurban Qurbanov Avropa çempionu oldu

22
May
2024
20:49

Azərbaycanın yunan-Roma güləşçisi Qurban Qurbanov (82 kq) Bakıda keçirilən U-23 Avropa çempionatının qızıl medalını qazanıb.

Azreform.info xəbər verir ki, idmançımız finalda İslam Əliyevə (AİN) qalib gəlib.

Qeyd edək ki, bu gün digər təmsilçilərimiz Nihad Quluzadə (72) gümüş Ruslan Nurullayev (72 kq) isə bürünc medal qazanıb.