Ukraynaya xərclər artıqdır, İsrailə isə… - ABŞ seçiciləri

11
Dek
2023
12:21

ABŞ seçicilərinin demək olar ki, yarısı Vaşinqtonun Ukraynanı dəstəkləmək üçün xərcləmələrini hədsiz hesab edir.

Azreform.info xəbər verir ki, bu barədə “Financial Times” yazıb.

Nəşrin məlumatına görə, 48% ABŞ-nin Ukraynaya “hədsiz dərəcədə çox” pul xərclədiyini düşünür. Eyni zamanda respublikaçı seçicilərin 65%-i belə hesab edir.

Respondentlərin yalnız 27%-i Vaşinqtonun “doğru məbləği” xərclədiyini, 11%-i isə daha çox xərcləməli olduğuna inandığını bildirib.

Eyni zamanda, seçicilərin 40%-i İsrailə yardımı “hədsiz” hesab edib. 30% ABŞ-nin İsraili dəstəkləmək üçün xərcləmələrinin kifayət qədər olduğu düşünür.

Tədqiqatçılar bu nəticələri Amerika iqtisadiyyatının vəziyyəti ilə bağlı narahatlıqlarla əlaqələndirirlər.