“Sevimli Dad”ın sahibi olan şirkət bölünür

21
May
2024
15:56

“Milk-Pro” MMC bölünür.

Azreform.info ”ın məlumatına görə, “Azemal” MMC şirkətin tərkibindən ayrılır.

Yeni yaranan “Azemal” MMC bölünmə balansına uyğun olaraq bəzi hüquq və öhdəliklər üzrə “Milk-Pro” MMC-nin hüquq varisidir.

Qeyd edək ki, “Sevimli Dad”, “Sonti” brendlərinin sahibi olan “Milk-Pro” MMC 04.06.1996 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Məmmədov Mustafa Mehman oğludur. Şirkətin nizamnamə kapitalı 9 min 900 manat, hüquqi ünvanı Suraxanı rayonu, Hövsan ştq, Hövsan yolu, ev 29, 6-cı km-dir.

Könül
Azreform.info