Nazirliyə məxsus şirkətin binası 740 min manata təmir ediləcək

21
May
2024
12:07

Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqroservis" ASC-nin Bakı şəhər, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi 12 ünvanında yerləşən inzibati binası təmir olunacaq.

Azreform.info ”ın məlumatına görə, təmir işləri “Omar NN Group” MMC tərəfindən həyata keçiriləcək.

MMC-yə görüləcək işlərlə bağlı 740 min 283 manat ödəniş ediləcək.

Könül
Azreform.info