"Real Madrid" türk futbolçusu Arda Gülər üçün hərəkətə keçib.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, Arda Gülərin transferində israr edən klub prezidenti Florentino Peres gənc istedadın uğurlarını lazımınca qiymətləndirmək fikrindədir.
Belə ki, Peres bu mövsüm La Liqada 373 dəqiqə meydanda olan və 6 qola imza atan gənc türk istedadın maaşını artırmağı düşünür.
Mourinyo tərəfindən "ən yaxşı klub prezidenti" olaraq xarakterizə edilən Peres yaxın ətrafına "Gələn il bu səviyyədə oynasa, müqaviləsini yeniləyəcəyik. O, buna layiqdir", - deyərək maaş artımı ilə bağlı müjdə verib.