“Kapital Bank” 100 manatlıq istiqrazlar buraxır

20
May
2024
17:35

“Kapital Bank” ASC 100 milyon manatlıq istiqraz buraxır.

Azreform.info ”ın məlumatına görə, bank hər birinin nominal dəyəri 100 manat olan 1 milyon ədəd faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlar buraxır.

İstiqrazlar üzrə kupon gəlirliyi illik olaraq 10% təşkil edir. 

Könül
Azreform.info