Nazirlik blanklara 400 min manat xərcləyəcək

20
May
2024
16:35

Elm və Təhsil Nazirliyi təhsil haqqında dövlət sənədləri blankları buraxacaq.

Azreform.info ”ın məlumatına görə, nazirlik blankların istehsalı ilə bağlı “Şərq-Qərb” ASC ilə razılaşıb.

Bununla bağlı şirkətə 427 min 240 manat ödəniş ediləcək.

Könül
Azreform.info