"Şuşaya qayıdış" devizi altında ümumrespublika seminarı baş tutub

20
May
2024
14:16

 

Azərbaycan Braziliya Cui Citsu İctimai Birliyinin təşkilatçılığı ilə Şuşanın 2024-cü il İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsi və bir zamanlar Şuşanın işğal günü kimi qeyd etdiyimiz 8 may tarixinin məhz 2024-cü ildə Şuşaya köç tarixilə əvəz edilməsi münasibətilə “Şuşaya qayıdış” devizi altında ümumrespublika seminarı baş tutub.

Seminarda çıxış edən Azərbaycan Braziliya Cui Citsu İctimai Birliyinin prezidenti Aqil Acalov artıq 8 may tarixinin Şuşanın işğal günü kimi yox, məhz Vətən müharibəsindən sonra bu tarixin "Şuşaya qayıdış" günü kimi qeyd edildiyini vurğulayıb. Acalov, ilk məqsədlərinin Azərbaycan gənclərində vətənpərvərlik hissinin aşılanmasına,bədən tərbiyyəsinin inkişafına və idmanın kütləviliyinin artırılmasına xidmət etmək olduğunu bildirib:
"Hər il keçirilən tədbirlərimiz müxtəlif devizləri ilə yadda qalır. Bu dəfə isə seçdiyimiz şüar "Şuşaya qayıdış" oldu. Uzun illər boyu biz 8 may tarixini Şuşanın işğal günü kimi qeyd edirdik. Amma Vətən müharibəsindən sonra bu "Şuşaya qayıdış" günü olaraq tarixə düşdü. Məhz buna görə də seminarımızın devizi məhz "Şuşaya qayıdış" oldu" deyə Acalov çıxışında deyib.

O, nitqinin sonunda bütün idmançılara uğurlar arzu edib.

Daha sonra söz Azərbaycanda Braziliya Cui Citsu sənətinin Azərbaycanda banisi Taleh Həsənova verilib. O, seminarın məqsədindən və idmançıların beynəlxalq yarışlara hazırlıq prosesindən söz açıb. Onun sözlərinə görə seminarın məqsədi idmançılar arasında təcrübə mübadiləsi aparmaq, müəllim və idmançıları yeni beynəlxaq qaydalar ilə tanış etməkdən ibarətdir.

Tədbirdə Kapueyra Federasiyasının Vitse Prezidenti Elgiz Əlizadə və idmançılar da qonaq qismində iştirak ediblər. Elgiz Əlizadə çıxışı zamanı Cui Cutsu və Kapoeyra idman növlərinin həmrəyliyindən, ortaq maraqlardan və birlikdə görüləcək işlərdən danışıb.

Son olaraq tədbirdə çıxış edən İctimai Birliyin sədr müavini Anar Səfərov isə filialların aktivliyindən, Beynəlxalq yarışlarda idmançıların əldə etdiyi nəaliyyətlərdən, yeni qaydalardan və gələcək planlardan bəhs edib. Onun sözlərinə görə belə seminarların tez -tez təşkil olunması idmançıların və müəllimlərin bir arada olmasına, bir- birini yaxından tanımasına şərait yaradır.

Daha sonra tədbirdə qonaq olan Kapoeyra Federasiyasının idmançıları öz bacarıqlarını sərgiləyən göstəri təqdim ediblər.

Qeyd edək ki, Ustad Taleh Həsənovun təşkilatçılığı ilə ərsəyə gələn seminar iştirakçıları arasında uşaq, yeniyetmə, və böyüklər də olmaqla ümumilikdə 100 idmançı iştirak edib. Onlar attestasiyadan keçərək müxtəlif kəmər və idman dərəcələri alıb və Taleh Həsənov tərəfindən diplomlarla təltif olunublar. Bununla da təşkil olunmuş seminar öz işini uğurla başa vurub.