Daha 3 şirkət “PMD Group”a birləşir

20
May
2024
10:21

“Pasha Holding” MMC-nin strukturuna daxil olan “PMD Group” MMC yenidən təşkil olunur.

Azreform.info xəbər verir ki, buna səbəb 3 şirkətin "PMD Group"a qoşulmasıdır.

Belə ki, “AY-NT”, “Aliot” və “Capital Hotel Company” MMC-lərin fəaliyyətinə xitam verilir və təhvil aktı üzrə bütün hüquq və vəzifələri “PMD Group”a keçir.

Könül
Azreform.info