Üç ildə dünyada münaqişələrin sayı 20 faiz artdı

11
Dek
2023
08:28

Son üç ildə dünyada münaqişələrin sayı 20% artıb.

Axar.az xəbər verir ki, bunu BMT Baş Assambleyasının 77-ci sessiyasının sədri Ksaba Korosi deyib.

"On-on beş il əvvəl bu münaqişələrin yalnız 14 faizində beynəlxalq iştirak var idisə, indi beynəlxalq tərəflər münaqişələrin 50 faizində iştirak edir", - o bildirib.

Onun fikrincə, BMT bu münaqişələri daha dərindən təhlil etməli və onların xüsusiyyətlərini müəyyənləşdirməlidir.