"Mançester Siti" klubu ardıcıl dördüncü dəfə İngiltərə Premyer Liqasının qalibi olub.
Azreform.info xəbər verir ki, "şəhərlilər" "dumanlı albion"da sonuncu - XXXVIII turda "Vest-Hem"ə qalib (3:1) gələrək xalllarının sayını 91-ə çatdırıb.
Onların ən yaxın izləyicisi "Arsenal" 89 xalla ikinci, "Liverpul" isə 82 xalla üçüncü olub.
Qeyd edək ki, "Mançester Siti" Premyer Liqada ardıcıl dördüncü dəfə çempion olan ilk komanda kimi tarixə düşüb.