Derbi öncəsi şok itki - Çempionluq əldən getdi?

19
May
2024
17:14

Türkiyə Super Liqasının 37-ci həftəsində "Fənərbaxça" lider "Qalatasaray"ın qonağı olacaq.

Offsideplus.az xəbər verir ki, "sarı-lacıvert"lilərin heyətində derbisi öncəsi Cengiz Ünder zədələnib.

"Qalatasaray"la qarşılaşması gözlənilən təcrübəli futbolçu bu gün meydana çıxa bilməyəcək.

Cengiz Ünder bu mövsüm 33 matçda 9 qol vurub, 3 məhsuldar ötürmə edib.