Bu ölkədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək

19
May
2024
14:21

İngiltərədə uşaqların təhlükəsizliyini artırmaq üçün başları ilə futbol oynamaq qadağan ediləcək.

Ölkənin Futbol Assosiasiyası 11 və daha aşağı yaşda olan uşaqlar üçün bütün komanda oyunlarında başla topa vurmağı tədricən qadağan etməyə başlayacağını açıqlayıb. İdeya təxminən iki il sınaqdan keçirilib. Qəsdən baş zərbəsi cərimə zərbəsi ilə cəzalandırılacaq.

7-9 yaş arası uşaqlar növbəti mövsümdən, 10 yaşa qədər uşaqlar 2025-2026-ci illər mövsümündən, 11 yaşa qədər uşaqlar isə 2026-2027-ci illər mövsümündən topu başla oynaya bilməyəcəklər. 12 yaşından etibarən isə buna icazə veriləcək.

Qeyd edək ki, bu qadağa keçmiş futbolçuların daha çox beyin problemlərindən ölmə ehtimalının yüksək olması ilə əlaqədar aparılan araşdırma fonunda həyata keçirilir. Məsələn, peşəkar futbolçuların demansdan ölmə ehtimalı eyni yaşda olan orta insana nisbətən 3,5 dəfə yüksəkdir.