Qazaxıstanın Kostanay, Aktau və Arqalıq şəhərlərindəki məktəblərin distant tədrisə keçməsinə qərar verilib.
APA-nın Mərkəzi Asiya bürosu xəbər verir ki, qərarın əsas səbəbi adıçəkilən şəhərlərdə günlərdir davam edən şiddətli şaxtalardır.
Qeyd edək ki, dekabrın 11-də Qazaxıstanın Kostanay şəhərində mənfi 30 dərəcəyə qədər isti gözlənilir. Bu səbəbdən, orta məktəblərdə təhsil alan şagirdlər qeyri-müəyyən müddətədək dərslərinə onlayn formatda davam edəcək.