FIFA daha bir ölkəni beynəlxalq turnirlərdən kənarlaşdıra bilər

17
May
2024
20:56

FIFA İsrailin yarışlardan uzaqlaşdırılmasını müzakirə etmək üçün təcili toplantı keçirəcək.

Offsideplus.az xəbər verir ki, ali futbol qurumunun prezidenti Cianni İnfantino bu sözləri deyib:

"FIFA Fələstin Futbol Federasiyası tərəfindən irəli sürülən 3 tələbi dəyərləndirmək üçün bu andan etibarən müstəqil bir hüquqşünas təyinini reallaşdıracaq. Durumun vacibliyinə görə, uyğun olan qərar vermək üçün FIFA 20 iyula qədər təcili görüş keçirəcək". 

Qeyd edək ki, 2022-ci ildən etibarən Rusiya beynəlxalq futbol turnirlərindən uzaqlaşdırılıb.