Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

16
May
2024
16:42

Azərbaycan Mərkəzi Bankında (AMB) Maliyyə Texnologiyaları və İnnovasiya Departamenti yaradılıb.

“Report”un əldə etdiyi məlumata görə, departamentin rəhbəri Fidan Tofidi təyin olunub.
Qeyd edək ki, F.Tofidi ötən ilin may ayından AMB-də məsləhətçi kimi fəaliyyətə başlayıb. Bundan öncə, o, “Paşa Bank” ASC-nin Korporativ Tərəfdaşlarla Münasibətlər şöbəsinin rəhbəri vəzifəsində çalışıb.