İranın şərqindəki Cənubi Xorasan əyalətində neft emalı zavodunda yanğın baş verib.
Məlumata görə, hadisə Bircənd xüsusi iqtisadi zonasında yerləşən neftayırma zavodunda qeydə alınıb. İnsident nəticəsində kondensat çənlərindən biri yanıb.
Hadisə yerinə üç yanğınsöndürmə briqadası və xilasedicilər göndərilib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını nəzarətə götürüb.
Yanğın nəticəsində ölən və yaralanan olmayıb. Hazırda baş verənlərin səbəbləri araşdırılır.