Yarım milyonluq şirkət qapalı fəaliyyət göstərəcək

13
May
2024
17:07

"Masazır Quşçuluq" ASC Təşkilati Hüquqi Formasını dəyişir.

Azreform.info ın məlumatına görə, bununla bağlı qərar şirkətin cari ilin iyunun 28-də baş tutacaq səhmdarlarının növbəti ümumi yığıncağında veriləcək.

"Masazır Quşçuluq" ASC-nin Təşkilati Hüquqi Formasının dəyişdirilərək Qapalı Səhmdar Cəmiyyətə çevriləcək.

Yığıncağın gündəliyinə həmçinin ASC-nin 2023-cü ilin yekunlarına dair İdarə Heyətinin hesabatı, Nizamnaməsinin və Əsasnamələrin təstiqi, İdarə Heyəti, Müşahidə Şurası və Təftiş (Audit) komissiyasının sədr və üzvlərinin seçilməsi və digər məsələlər daxildir.

Qeyd edək ki, "Masazır Quşçuluq" ASC 05.09.2022 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi İbrahimov Zaur Davud oğludur. Şirkətin nizamnamə kapitalı 513 min 726 manat təşkil edir.

Könül
Azreform.info