“Fənərbağça” məşhur məşqçi ilə maraqlanır

12
May
2024
20:35

Türkiyənin “Fənərbağça” klubu növbəti mövsüm baş məşqçi postu üçün Jose Mourinyo ilə maraqlanır.

Lent.az-ın Türkiyənin “Hürriyet” qəzetinə istinadən verdiyi xəbərə görə, Trendyol Süper Liqasında çempionluq yarışına 3 həftə qalmış "Qalatasaray"-dan 6 xal geri qalan “Fənərbağça” klubunda Əli Koç növbəti dəfə klub prezidentliyinə namizəd olacağını açıqlayıb.

 Prezidentliyə digər namizəd Sadettin Saran da Əli Koçla görüşdən sonra iddiasından geri çəkildiyini bildirib.

O da məlum olub ki, Saran bu müddət ərzində Jose Mourinyo ilə əlaqə saxlayıb. "FaceTime" üzərindən 23 dəqiqə davam edən görüşdə portuqaliyalı mütəxəssisin şərtləri soruşulub. Jose Mourinyo “Fənərbağça” klubunda çalışması qarşılığında özü üçün illik 12 milyon avro, heyəti üçün isə 3 milyon avro istəyib. Əli Koç da menecer Jorge Mendes ilə əlaqə saxlayaraq Jose Mourinyonun planları barədə məlumat alıb.