Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (50 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Azreform.info xəbər verir ki, 35 yaşlı təcrübəli idmançı buna Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində nail olub.
Titullu güləşçimiz lisenziya uğrunda görüşdə italiyalı Emmabuela Liuzzi ilə qarşılaşıb. Rəqibini məğlub edən M.Stadnik Paris-2024-də vəsiqə əldə edib.
Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşi millisinin 3 üzvü - Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq) ilk yarış günündə lisenziyaya sahib çıxıblar.