"Qarabağ" "Zirə"yə qalib gəlib

11
May
2024
22:14

Azərbaycan Premyer Liqasında XXXIV turun daha bir görüşü keçirilib.

Azreform.info xəbər verir ki, günün ikinci matçında "Zirə" "Qarabağ"ı qəbul edib.

Zirə Olimpiya Komleksinin stadionunda baş tutan matçda qonaqlar minimal hesabla qalib gəlib gəliblər - 1:0.

Yeganə qolu 34-cü dəqiqədə penaltidən Olavio Juninyo vurub.

Günün ilk oyununda "Turan Tovuz" səfərdə "Araz Naxçıvan"ı (1:0) məğlub edib.

Qeyd edək ki, turun son iki görüşü mayın 12-də keçiriləcək.