Azərbaycan Premyer Liqası: “Turan Tovuz” səfərdə qalib gəldi - VİDEO

11
May
2024
19:35

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIV turun növbəti görüşü keçirilib.

Azreform.info xəbər verir ki, günün ilk matçında “Araz Naxçıvan” “Turan Tovuz”u qəbul edib.

“Liv Bona Dea Arena”da baş tutan maçtda qonaqlar minimal hesabla qalib gəlib gəliblər - 1:0.

Qarşılaşmada yeganə qolu 63-cü dəqiqədə meydan sahiblərinin qapısından Alexandro Serrano keçirib.

Günün digər oyununda “Zirə” və “Qarabağ” komandaları münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, turun daha iki görüşü mayın 12-si keçiriləcək.