Azərbaycan idmançısı qızıl medal qazanıb

11
May
2024
19:21

Serbiyada keçirilən parataekvondo üzrə Avropa çempionatında Azərbaycan təmsilçisi İmaməddin Xəlilov 70 kq çəki dərəcəsində qızıl medal qazanıb.

Azreform.info xəbər verir ki, o, finalda türkiyəli rəqibini məğlub etməklə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, para-taekvondoçu ötən il Rotterdamdakı analoji yarışda da qitənin ən güclüsü olmuşdu.