BMT-də təcili struktur islahatlarına çağırış edildi

10
Dek
2023
13:07

Çili Prezidenti Qabriel Boric ABŞ-nin Qəzza zolağında atəşkəs qətnaməsinə veto qoymasından sonra BMT-də təcili struktur islahatlarına çağırıb.

Azreform.info xəbər verir ki, bu barədə Qabriel Boric “X” sosial şəbəkəsində məlumat yayıb.

“BMT-nin struktur islahatlarına təcili ehtiyac var. Dünya artıq 1945-ci ildəki kimi deyil”, - paylaşımda deyilir.

Qeyd edək ki, ABŞ BMT Təhlükəsizlik Şurasının Qəzza zolağında dərhal atəşkəsi tələb edən qətnamə layihəsinə veto qoyub.