Tatu-döymə özü xərçəngə səbəb olmasa da, dəridə sonradan yarana biləcək dəri xərçəngini vaxtında aşkar etməyə mane olur.
“Medicina” xəbər verir ki, onkoloq Yevgeniy Çeremuşkin döymələrlə bağlı xəbərdarlıq edib.
“Döymə dəri xərçənginə səbəb olmaya bilər, əgər peşəkar tərəfindən düzgün işlənibsə, amma onun altında rəng səbəbindən dəridəki melanoma, xərçəng əlamətlərini vaxtında görməmək mümkündür.
Tatu sözsüz ki, dərinin, epidermisin ciddi travmasıdır. Əvvəldən dəyişiklik, zədə, xəstəlik olan zonalarda döymə etdirmək olmaz.
Tatu altında zamanla melanoma, xərçəng yaranarsa, onu vaxtında görmək mümkün olmayacaq, bu isə xəstəni təhlükəyə atır”.