Əhalinin 2-3 faizində müşahidə olunan “sədəf” xəstəliyi (Psoriaz) hər yüz uşaqdan birində rast gəlinir.
AZƏRTAC Uşaq Sağlamlığı və Xəstəlikləri mütəxəssisi Şirin Seçkinin mövzu ilə bağlı araşdırmasını təqdim edir.
“Sədəf” xəstəliyi ətraf mühit faktorlarının, stresin, pəhrizin və artıq çəkinin olduğu müddətdə yaranma riski olan dəri xəstəliyidir. Bu, uşaqlarda dəri xəstəliyinin yaranmasına gətirib çıxaran amillərdir. Bu xəstəlik bəzi uşaqları sosial həyatdan ayırır. Ancaq həmin xəstəlik yoluxucu deyil. “Psoriaz” immunitet sisteminin həddindən artıq aktivləşdiyi və dəri hüceyrələrinin çox tez çoxalmasına səbəb olan xroniki dəri xəstəliyidir. Bu xəstəliyin üçdə biri uşaqlıqda başlayır. Dəridə - ən çox baş dərisində, dirsəklərdə və ya dizlərdə ləkələr görünür. Ancaq bədənin digər hissələri də bu xəstəlikdən təsirlənə bilir. Bu xəstəlik genetik də ola bilər. Uşaqlarda bu, daha çox üz və saç dərisində meydana gəlir. Əgər xəstəlik genetik olaraq baş verirsə, buna diqqət etmək lazımdır. Çünki bu zaman uşaqlar daha çox risk altındadır. Uşaqlıq dövründə travmalar, stres, anormal qidalanma, dərmanlar, infeksiyalar bu xəstəliyə təsir edən ən başlıca amillərdir.
Erkən diaqnoz və müalicə bu zaman çox vacibdir. Müalicə yalnız kosmetik baxımdan uşağın görünüşünü xilas etmək üçün deyil, həm də onu müşayiət edən sistemik xəstəliklərdən qorumaq üçün edilməlidir. Müalicədə tərkibində D vitamini olan kremlərdən istifadə edilməklə tətbiq olunmalıdır.