Şəkər və xərçəngin 1 nömrəli səbəbi budur

7
May
2024
19:07

Son zamanlar gənclər arasında yayılmış insulin dirənci həmin insanda yaxın illərdə şəkərli diabet, gələcəkdə isə yeni törəmələr ola biləcəyinin siqnalıdır.

“Medicina” xəbər verir ki, endokrinoloq Svetlana Kalinçenko bütün bunların səbəbini açıqlayıb.
“İnsulinrezisdentlik zamanı hüceyrələrin insulinə həssaslığı azalır, itir və insulin aclığı keçirir, nəticədə mədəaltı vəz daha artıq insulin hasil edir.

Qanda artıq insulin piylənmə, artıq çəki yığımı və iltihaba səbəb olur ki, bu da müxtəlif xassəli şişlərin yaranması ilə nəticələnə bilir.

İnsulin dirənci ilə şiş törəmə yaranması birbaşa əlaqəlidir, çünki bu hormon mutagen aktivlik yaradır.

Məhz insulin xoş və bədxassəli şişlərin təkanverici səbəbidir.
Insulin dirəncinin yaranma səbəbi isə D vitamini əskikliyi ola bilər.

Orqanizmdə D vitamini çatışmadıqda insulin reseptorlarına həssaslıq da azalır. Orqanizm bu vəziyyəti kompensasiya etmək üçün daha çox insulin hasil etməyə məcbur olur.

Eləcə də yağ turşuları, Omeqa 3 yetməzliyindən oksidləşdirici stress artır. Bu defisitlər hər biri vaxtında müraciət etdikdə aradan qaldırıla bilər”.