Noxud deyib keçməyin, min dərdin dərmanıdır - Bilmədiyimiz faydaları 

7
May
2024
18:49

Noxud paxlalılar arasında ən çox istifadə edilən növlərdən biridir. 

Noxud yüksək miqdarda nişasta və azot ehtiva edir, bitki yağı və zülal qaynaqlarından biridir. 

Yenisabah.az xəbər verir ki, mütəxəsisslər noxudun döş xərçənginə qarşı və tərkibindəki fosfor sayəsində qadın sağlamlığını qoruduğunu bildirirlər. 

Tərkibində xeyli lif olan noxud şəkər xəstəliyindən əziyyət çəkən insanların qan şəkərini balanslaşdırır. Diabet riski olan insanlar üçün qoruyucu qalxan rolunu oynayır.

Noxudun lifli qida olması bağırsaqların nizamlı işləməsinə də kömək edir. Sağlam bağırsaqlar çəki artımının qarşısını alır və yoğun bağırsaq xərçənginə qarşı qoruyucu divar yaradır. 

Noxud hüceyrə və toxuma təmirini sürətləndirir, infeksiya və yaranın ən yaxşı dərmanı sayılır. O, əzələ və sümükləri də qoruyur. Uşaqlar üçün noxud yemək daha sağlam böyüməni təmin edir. 

Mütəxəsislər süd verən analara südü artırmaq üçün noxuddan istifadə etməyi tövsiyə edir. 

Noxudun tərkibində lif, K vitamini, sink və maqnezium kimi minerallar var. Bu sayədə noxudu çox yeyən insanların sağlamlıq problemlərinin çox az olduğu bildirilir.