Kevin Medinanın “Qarabağ”dakı taleyinə aydınlıq gətirildi

7
May
2024
18:28

Azərbaycan çempionu “Qarabağ” daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb.

Sportinfo.az-ın məlumata görə, “köhlən atlar” Kevin Medina ilə yola davam etmək istəyirlər.

Kolumbiyalı legioner qarşıdakı 3 ili (2+1) “köhlən atlar”ın düşərgəsində keçirəcək. Cənubi amerikalı müdafiəçi 2020-ci ildən “Qarabağ” klubunun şərəfini qoruyur.

Qeyd edək ki, “Qarabağ” klubu daha öncə Nəriman Axundzadə və Bəhlul Mustafazadə ilə müqavilə müddətini uzatmışdı.