“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov legioner limitinin olduğu kimi saxlanılmasını istəyir.
Sportinfo.az-ın məlumatına görə, təcrübəli mütəxəssis gələn mövsüm də əcnəbi senzinin indiki kimi (7+4) qalmasına tərəfdardır.
Onun fikri artıq AFFA-nın yeni rəhbərliyinin diqqətinə çatdırılıb. Qurbanov hesab edir ki, limitin 8+3-ə dəyişməsi Premyer Liqanın səviyyəsini artırmayacaq.
“Şöhrət” ordenli çalışdırıcı bu qənaətdədir ki, çempionatın inkişafı iştirakçı sayının artırılmasından və onlara ayrılacaq büdcədən asılıdır.