“Liverpul”un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasının 36-cı turunda “Tottenhem”lə görüşdə vurduğu qol və məhsuldar ötürməsi ilə Ueyn Runinin tarixi rekorduna çatıb.
Məlumata görə, misirli futbolçu Premyer Liqanın cari mövsümündə 18 qol və 10 məhsuldar ötürmə edib. İngiltərə çempionatı tarixində 5 fərqli mövsümdə 10-dan çox qol və məhsuldar ötürməni “Mançester Yunayted”in və “Everton”un 38 yaşlı sabiq hücumçusu Ueyn Runidən sonra Məhəmməd Salah edib.
Qeyd edək ki, 31 yaşlı hücumçu Misirin millisində və 2017-ci ildən “Liverpul”da çıxış edir.