Dünya çempionu vəfat etdi

7
May
2024
00:42

Argentina millisinin və "Barselona"nın keçmiş baş məşqçisi Sesar Luis Menotti vəfat edib.

Bu barədə Argentina Futbol Federasiyanın mətbuat xidməti məlumat yayıb.

Menotti 85 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, 1974-1983-cü illərdə Argentina yığmasını çalışdıran mütəxəssis 1978-ci ildə milli ilə dünya çempionu olub.(Yenisabah.az)