“Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatının strukturunun dağılması əlamətləri müşahidə edilir”.
“Azreform.info ” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi bəyan edib.
Onun sözlərinə görə, getdikcə daha çox radikal təslim olur:
“Hər gün nailiyyətlər görürəm. Hər gün daha çox yaraqlının öldürüldüyünü, daha çox yaraqlının yaralandığını, son günlər isə terrorçuların təslim olmasını görürük. Sistemin çökməsi təzyiqi artırmağımızın lazım olduğuna işarədir”.