Azərbaycanlı iş adamının “Qalatasaray”dakı işinə xitam veriləcək

6
May
2024
16:42

Azərbaycanlı iş adamı “Qalatasaray”dan ayrılacaq.

Sportinfo.az xəbər verir ki, Dursun Özbek “Qalatasaray”ın prezident seçkisinə namizədliyini açıqlayıb.

İstanbul təmsilçisinin başqanı vəzifəsinə seçki mayın 25-də keçiriləcək. Özbek 2022-ci ilin yayından “Qalatasaray”ın prezidentidir. O, 2015-2018-ci illərdə də bu vəzifəni icra edib. İş adamı qarşıdakı 2 ildə islahatlar aparmaq niyyətindədir. Hotelçilik sahəsi üzrə fəaliyyəti üzrə ixtisaslaşmış biznesmen bir sıra şəxsləri İdarə Heyətinin yeni heyətindən kənarda saxlayıb. Onlardan biri də Emin İmanovdur. Hazırkı prezident seçimi qazanarsa, azərbaycanlı funksioner burada yer almayacaq. Dursun Özbekin qərarı “Qalatasaray” camiəsində hər kəsi şok edib.
Bu, hamı üçün gözlənilməz olub. Çünki İmanov başqana ən yaxın idarəçilərdən sayılır və klubun işində fəal iştirak eləyib.

Qeyd edək ki, “Qalatasaray”ın bu illərdə əldə etdiyi uğurlarda İmanovun payı böyükdür. O, ötən zaman kəsiyində komandaya böyük miqdarda vəsait xərcləyib.