Qazaxıstanda sakinlər şok mesaj aldı

10
Dek
2023
04:42

Qazaxıstanın şimal vilayətlərinin sakinləri səhvən bu ərazilərdə temperaturun -380 °C-ə qədər enməsini göstərən mesajlar alıblar.

Azreform.info xəbər verir ki, bu barədə RİA məlumat yayıb.

Hadisə dekabrın 8-də baş verib və şaxta barədə məlumat elə həmin gün daxil olub.

“Şimali Qazaxıstan vilayətinin ərazisində -380 °C-ə qədər şiddətli şaxta var. Orta məktəbdə dərslər ləğv edilir”, - deyə məlumatda bildirilir.

“Tele2” mobil operatorunun mətbuat xidməti isə mesajda yanlışlığa yol verildiyini, dərəcə simvolunun “0” ilə yazıldığını və nəticədə -38 dərəcənin -380-nə çevrildiyini bildirib.