Baydenin oğluna ÖLÜM TƏHDİDİ: "Atam bu ağrıya dözə bilməyəcək"

10
Dek
2023
00:56

ABŞ prezidenti Co Baydenin oğlu Hunter onu öldürməyə çalışdıqlarını bildirib.

Azreform.info xəbər verir ki, o , bunu "DJ Moby"nin podkasti zamanı deyib .

O, respublikaçı tənqidçilərinin atasının prezidentliyini məhv etməyə çalışdığını izah edib.

"Bu ağrının atamın dözə biləcəyindən daha güclü olacağını bilirlər", -o deyib.

Qeyd edək ki, Baydenin oğlunu 1,4 milyon dollar vergi ödəməmək ittihamı ilə 17 ilə qədər həbs cəzası gözləyir. Bir gün əvvəl ona qarşı ittiham irəli sürülüb.

Hunter Baydenin vəkili vergidən yayınma iddiasını siyasi adlandırıb . Hüquqşünaslar hesab edirlər ki, xüsusi prokuror David Veiss respublikaçıların təzyiqi altındadır, o, silah pozuntuları ilə bağlı görünməmiş və konstitusiyaya zidd bir iş açıb. İndi, beş illik araşdırmadan sonra, heç bir yeni sübut olmadan vergidən yayınma işi qaldırıb.